Məktəbəhazırlıq qruplarına məktəb seçimi başladı

Məktəbəhazırlıq qruplarına məktəb seçimi başladı

22 İyul 2026

2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində bu gün saat 11:00-dan etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb seçiminə başlanılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, valideynlər məktəb seçimini mektebeqebul.edu.az portalı üzərindən həyata keçirə bilərlər.

“Qeydiyyat prosesi 14 sentyabr saat 18:00-dək davam edəcək”, - MÜTDA-nın Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi 10 iyuldan etibarən başlayıb. Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni 2026-cı ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.