DSMF I yarımildə 132 min vətəndaş müraciətini cavablandırıb
Bu ilin I yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 132 059 vətəndaş müraciətini cavablandırıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bunlardan 122 364-ü rəsmi məktub və telefon zəngi, 9 695-i isə sosial şəbəkə hesablarından daxil olmuş müraciətlərdir.








