Azərbaycanda ezamiyyə qaydalarında dəyişiklik

Azərbaycanda ezamiyyə qaydalarında dəyişiklik

23 İyul 2026

"İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.

Mövcud qanunvericiliyə əsasən, işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz.

Dəyişikliyə əsasən isə mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları istisna kateqoriyasına aid olunub.