REGES Usta Klubu yenidən Naxçıvan şəhərində fəaliyyətə başlayıb

REGES Usta Klubu yenidən Naxçıvan şəhərində fəaliyyətə başlayıb

23 İyul 2026

REGES Tikinti Materialları Zavodu tərəfindən təşkil olunan "REGES Usta Günləri" çərçivəsində "REGES Usta Klubu" növbəti dəfə Naxçıvan şəhərində fəaliyyətə başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu gündən etibarən Naxçıvan Əyləncə Adasında qurulan xüsusi stenddə tikinti sahəsində çalışan ustalar və mütəxəssislər üçün müxtəlif görüşlər keçiriləcək. Tədbir iştirakçıları REGES-in tikinti materialları ilə yaxından tanış olmaq, məhsulların tətbiqi barədə məlumat almaq və peşəkar təcrübə mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, tədbir Naxçıvan Əyləncə Adasında təşkil olunur. Ətraflı məlumat almaq istəyənlər +994 60 766 66 66 nömrəsi ilə əlaqə saxlaya bilərlər.