Peşə təhsil müəssisələrinə qəbul başlayıb
Peşə təhsil müəssisələrinə qəbul başlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, qəbul prosesinin ilk mərhələsində abituriyentlər iyulun 23-dək avqustun 10-dək portal.edu.az platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçəcək və 5 ixtisas seçimi edə biləcəklər:
"Qəbulun nəticələri avqustun 14–15-də şəxsi kabinet və SMS vasitəsilə elan olunacaq. Qəbul olunan şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı isə avqustun 16–25-də aparılacaq. Bu mərhələdə tələbələr müvafiq təhsil müəssisələrinə sənədlərini təqdim etməlidirlər".








