Naxçıvanda məktəblilərlə Polis Akademiyasına qəbul mövzusunda maarifləndirici görüş keçirilib

Naxçıvanda məktəblilərlə Polis Akademiyasına qəbul mövzusunda maarifləndirici görüş keçirilib

26 Noyabr 2026

Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yerləşən ümumtəhsil məktəblərində şagirdlərin gələcək peşə seçiminə dəstək olmaq məqsədilə Polis Akademiyasında təhsil imkanları barədə növbəti maarifləndirici görüşlər təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşlər zamanı polis əməkdaşları şagirdlərə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul qaydaları və şərtləri, tədris prosesi, mövcud ixtisaslar,  müasir maddi-texniki baza və yaradılmış təlim şəraiti barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, Akademiyada kursantların nəzəri biliklərinin və praktiki bacarıqlarının inkişafı üçün müasir təlim şəraiti yaradılıb. Həmçinin onların geyim, qidalanma və yataqxana ilə təmin olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, Akademiyada təhsil alan kursantların geyim, qidalanma və yataqxana ilə təminatı, eləcə də nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının inkişafı üçün zəruri imkanlar yaradılıb.

Eyni zamanda, daxili işlər orqanlarında xidmətin xüsusiyyətləri, polis əməkdaşlarının vəzifə və məsuliyyətləri, peşəkar inkişaf perspektivləri və sosial təminat imkanları barədə məlumat verilib. Şagirdlər dövlətə və cəmiyyətə xidmətin, qanunun aliliyinin və ictimai təhlükəsizliyin qorunmasının əhəmiyyəti ilə tanış olublar.

Görüşlər zamanı şagirdlərin sualları cavablandırılıb, Polis Akademiyasına qəbul prosesi ilə bağlı onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.