“Yay düşərgəsi”nin növbəti qonaqları media nümayəndələri olublar - FOTO
İyulun 25-də 22 İyul – Milli Mətbuat Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkil etdiyi “Yay düşərgəsi” proqramı çərçivəsində bir qrup media nümayəndəsinin Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ümumilikdə 62 nəfərin iştirak etdiyi proqram çərçivəsində müxtəlif intellektual oyunlar, əyləncəli proqramlar və canlı musiqi axşamı təşkil edilib. Proqram media nümayəndələrinin istirahətinin səmərəli təşkilinə və asudə vaxtlarının maraqlı keçməsinə xidmət edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən ittifaq üzvləri üçün həyata keçirilən “Yay düşərgəsi” proqramı yay mövsümü ərzində hər həftənin şənbə və bazar günləri təşkil olunur.

















