Naxçıvanda 39 dərəcə isti qeydə alınıb

Naxçıvanda 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 26-na olan məlumatında qeyd edilib.

Bildirilib ki, ötən gün Xaçmazda cənub-şərq küləyi əsib, küləyin maksimal sürəti 25 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, eləcə də Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti müşahidə olunub.