Ukrayna İranın Xəzərdəki gəmisini vurub
İranın Xəzər dənizindəki ticarət gəmisinə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücum edilib, bir nəfər ölüb, daha iki nəfər yaralanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Tehran Ukraynanın gəmiyə endirdiyi zərbəni qətiyyətlə pisləyir və milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün beynəlxalq hüququn əsas prinsipləri və normalarına uyğun olaraq cavab tədbirləri görmək hüququnu özündə saxlayır", – deyə qurum qeyd edib.








