Tramp: İranın hələ də raket və dron ehtiyatı var

Tramp: İranın hələ də raket və dron ehtiyatı var

20 İyul 2026

Amerika Silahlı Qüvvələrinin zərbələrinə baxmayaraq, İran hələ də hərbi potensialının bir hissəsini qoruyub saxlayır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Onların bəzi raketləri, dronları var. Onların müəyyən istehsal gücü var, çox deyil", - deyə o əlavə edib.

Eyni zamanda, o, ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyini iddia edib: "Biz boğaza nəzarət edirik, onlar isə heç nəyə nəzarət etmirlər. Görək nə olacaq. Amma bu gecə onlara daha bir çox güclü zərbə endirəcəyik".