Ermənistan Zəngəzur dəhlizi ilə bağlı detallarını açıqladı

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı detallarını açıqladı

16 İyul 2026

Ermənistanda həyata keçirilməsi planlaşdırılan TRIPP layihəsi ilə bağlı yeni detallar açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihə çərçivəsində ABŞ-nin TRIPP Development şirkəti müəyyən ərazilərdə torpaq istifadəsi və tikinti hüquqları əldə edəcəyini bildirib.

O əlavə edib ki, şirkətə veriləcək hüquqlar ilkin mərhələdə 49 il müddətinə qüvvədə olacaq. Səhmlərin bölgüsü isə belə nəzərdə tutulur: 74 faiz ABŞ tərəfinə, 26 faiz isə Ermənistan Respublikasına məxsus olacaq.

49 illik ilkin müddət başa çatdıqdan sonra tərəflərin razılığı əsasında sazişin daha 50 il uzadılması imkanı da mövcuddur. Bu halda Ermənistanın şirkətdəki payının 49 faizə çatdırılması nəzərdə tutulur.