Naxçıvanda sənaye istehsalı artıb

Naxçıvanda sənaye istehsalı artıb

16 İyul 2026

Naxçıvanda sənaye istehsalı 3,2 faiz artıb

"NAXÇIVANXƏBƏRLƏRİ" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında muxtar respublikada 275 milyon 908 min 700 manatlıq sənaye məhsulu istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.

İstehsal olunan sənaye məhsulunun 242 milyon 650 min 300 manatı və ya 87,9 faizi malların, 33 milyon 258 min 400 manatı və ya 12,1 faizi isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 82,9 faizi emal, 15,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.