Xaricdə alınan 9 elmi dərəcə Azərbaycanda tanınmayıb

Xaricdə alınan 9 elmi dərəcə Azərbaycanda tanınmayıb

16 İyul 2026

Bu ilin birinci yarısında (yanvar-iyun) Azərbaycanda xarici ölkədə verilən 48 fəlsəfə doktoru elmi dərəcəsinin sənədi tanınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Həmin müddətdə 8 nəfərin fəlsəfə doktoru və tanınma üçün müraciət edən 1 nəfərin isə elmlər doktoru elmi dərəcəsi tanınmayıb. Eyni zamanda altı ay ərzində elmlər doktoru elmi dərəcəsi üzrə xaricdə verilən heç bir sənəd üçün müraciət qeydə alınmayıb.

Bundan başqa, fəlsəfə doktoru elmi dərəcəsi üzrə tanınan 48 sənədin 25-i Türkiyədə verilib.