Naxçıvanda MİQ test imtahanının II günü başa çatıb -

Naxçıvanda MİQ test imtahanının II günü başa çatıb - FOTO

15 İyul 2026

Naxçıvanda 2026–2027-ci tədris ili üçün ölkə üzrə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günü keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, imtahanda Azərbaycan dili, biologiya, texnologiya, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə sənəd təqdim etmiş 155 namizəd iştirak edib. Test imtahanının təşkilati qaydalara uyğun şəkildə keçirildiyi bildirilib.

İmtahanda iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq.