Azərbaycanda neçə məktəb genişzolaqlı internetlə təmin olunub?
Azərbaycanda 2 857 məktəb genişzolaqlı internetlə təmin olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsildə rəqəmsallaşma" mövzusunda təlim-müzakirə sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, ölkədə şagirdlərin 82 faizi genişzolaqlı internet bağlantısı ilə əhatə edilib:
"Azərbaycanda 2 857 məktəb genişzolaqlı internetlə təmin olunub. 2020-ci ildə bu göstərici 171 məktəb təşkil edib. 2026-cı ildə məktəblərə ümumilikdə 236 min 295 kompüterin verilməsi nəzərdə tutulur".
O əlavə edib ki, rəqəmsallaşmanın əsas məqsədi şagirdlər üçün bərabər təhsil və öyrənmə imkanlarının yaradılmasıdır:
"Rəqəmsallaşma, ilk növbədə, şagirdlər üçün bərabər öyrənmə imkanları yaratmalıdır. Bəzən elə düşünülür ki, interneti olmayan məktəblər var. Əslində, internet bağlantısı olmayan məktəbimiz yoxdur. Lakin məktəblərin 63 faizi genişzolaqlı internetə qoşulub".








