Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib - FƏRMAN
Prezident İlham Əliyev 25 may 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nin (AZCON) idarəetməsində olan "Aztelekom" MMC-nin baş direktoru və "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri siyahıya daxil edilib.








