Özgənin uşağını dəyişdirməyə görə hansı cəza müəyyən olunub? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Özgənin uşağını dəyişdirməyə görə qanunvericilikdə hansı cəza müəyyən olunub?
Cavab: Cinayət Məcəlləsinin 172 – ci maddəsinə əsasən Tibb müəssisələrində uşağın mühafizəsi və ya ona qayğı göstərilməsi vəzifəsini daşıyan şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını dəyişdirməyə görə—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








