İşdən çıxarılarkən işdə saxlanmağa kimlər üstünlük qazanır?

İşdən çıxarılarkən işdə saxlanmağa kimlər üstünlük qazanır? - HÜQUQ MƏSLƏHƏTİ

10 İyul 2026

Sual: İşdən çıxarılarkən işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?

Cavab: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən, işçilərin ixtisas və peşəkarlıq səviyyələri eyni olduqda işdə saxlanmağa üstünlük aşağıdakı şəxslərə verilir:

şəhid ailəsi üzvlərinə;

müharibə iştirakçılarına;

hərbi qulluqçuların həyat yoldaşlarına;

iki və daha çox azyaşlı uşağı olan şəxslərə;

istehsalat qəzası nəticəsində əlilliyi olan şəxslərə;

məcburi köçkünlərə və qaçqınlara.

Bundan əlavə, kollektiv və əmək müqavilələrində işdə saxlanmağa üstünlüyü olan digər kateqoriyalar da müəyyən edilə bilər.

Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Ülvi Hüseynov