Zöhrəvi xəstəlikləri yaymağa görə  qanunvericilikdə məsuliyyət nəzərdə tutulub?-

Zöhrəvi xəstəlikləri yaymağa görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulub?- HÜQUQ MƏSLƏHƏTİ

07 İyul 2026

Sual: Zöhrəvi xəstəlikləri yaymağa görə  qanunvericilikdə məsuliyyət nəzərdə tutulubmu?  

Cavab: Özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması—

iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllərin iki və ya daha çox şəxsə qarşı və ya yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə—

dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Elməddin Bağırov