Razılıqsız deepfake porno cəza yaradır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama hər hansı məsuliyyət yaradırmı?
Cavab: 21 aprel 2026-cı il tarixdə qüvvəyə minmiş Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə edilmiş 242-1-ci maddəyə görə qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya yayma cinayət əməlidir. Belə ki, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisivəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








