Rayon qeydiyyatı olanlar Bakıda boşana bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Rayon qeydiyyatındayam, boşanmaq üçün Bakıda məhkəməyə müraciət edə bilərəm?
Cavab: Belə ki,Mülki Prosessual Məcəllənin 36-cı maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.
İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
Sualı cavablandırdı:Culfa rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru - Məhəmməd Əliyev








