İctimai təhlükəlilik nədir? -

İctimai təhlükəlilik nədir? - HÜQUQ MƏSLƏHƏTİ

26 İyun 2026

Sual: İctimai təhlükəlilik nədir?

Cavab: İctimai təhlükəlilik əməlin ictimai münasibətlərə ziyan vuran xüsusiyyətidir və cinayət sayılan əməlin əsas obyektiv əlamətlərindən biridir. Bu anlayış onu ifadə edir ki, hər hansı əməl qanunvericinin iradəsindən asılı olmayaraq, cinayət qanunvericiliyi ilə qorunan ictimai münasibətlərə zərər vurursa, ictimai təhlükəli hesab olunur.

Əməlin ictimai təhlükəliliyi ilk növbədə onun qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir. Həmin münasibətlərin dairəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsində əks olunub. Bununla yanaşı, əməlin ictimai təhlükəliliyi vurulmuş ziyanın xarakteri və miqyası nəzərə alınmaqla da qiymətləndirilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov