İddia ərizəsinin qəbulundan imtina halları mümükündür? -

İddia ərizəsinin qəbulundan imtina halları mümükündür? - HÜQUQ MƏSLƏHƏTİ

23 İyun 2026

Sual: İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina hansı hallarda mümükündür?

Cavab: Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:

1.ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;

2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;

3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa;

4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Elməddin Bağırov