Qanunda təxəllüsdən istifadə nəzərdə tutulmuşdurmu? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qanunda təxəllüsdən (uydurma addan) istifadə nəzərdə tutulmuşdurmu?
Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. Bu hallara müəllifin əsərini təxəllüslə dərc etdirdiyi halları aid etmək olar.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








