WhatsApp yazışmalarını gizli oxumağın cəzası...

WhatsApp yazışmalarını gizli oxumağın cəzası... HÜQUQ MƏSLƏHƏTİ

18 İyun 2026

Sual: Sevgilim Whatsappıma gizli proqram qoşaraq mənim mesajlarımı oxuyub. Məsuliyyəti nədir?

Cavab: Əgər bir şəxs sizin razılığınız olmadan gizli proqram və ya başqa texniki vasitə ilə Whatsapp yazışmalarınıza daxil olubsa, bu əməl cinayət məsuliyyətinə səbəb olur.

Belə ki, CM-nin 155-ci maddəsinə əsasən yazışma, telefon danışıqları,poçt, teleqraf və digər məlumatların sirrini pozma 1000 manatdan 2000 manatadək cərimə və ya 1 ilədək islah işləri ilə cəzalandırılır.

Həmin cinayət işləri üzrə istintaqın aparılması prokurorluq orqanlarının səlahiyyətindədir.Bu halda zərərçəkmiş şəxs və ya onun qanuni nümayəndəsi ərazi üzrə prokurorluq orqanına müraciət edə bilər.

Sualı cavablandırdı: Culfa rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru - Məhəmməd Əliyev