Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıblar
Azərbaycan təmsilçiləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında 6 medal qazanıblar.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Aydan Hüseynova (36 kq, "İrəvan"), Rada Əsəd (44 kq, "Mübariz") qızıl, İslam Quluzadə (33 kq, "Alpman"), Gökalp Çilingir (40 kq, Nərimanov RİK), Renad Zülfiqarlı (+57 kq, "Alov") gümüş, Əkbər Tağıyev (+30 kq, "Atlet") bürünc mükafata sahib çıxıb.
Azərbaycan təmsilçiləri ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub və kubokun sahibi olublar.








