Əmək haqqının verilməsi qeyri-iş gününə düşürsə... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmək haqqının verilməsi qeyri-iş gününə düşürsə, bu hal hansı qaydada tənzimlənir?
Cavab: Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, əmək haqqı bilavasitə həmin günlərdən əvvəlki günlərdə verilir. Belə ki, əgər əmək haqqının verilməsi qeyri-iş gününə düşərsə, əmək haqqınızı qeyri-iş günündən əvvəlki gün ala bilərsiniz.
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Şahmar Həşimov








