Naxçıvan şəhərində bəzi küçə və məhəllələrdə yollar əsaslı təmir olunacaq

Naxçıvan şəhərində bəzi küçə və məhəllələrdə yollar əsaslı təmir olunacaq

18 İyun 2026

Naxçıvan şəhərinin bəzi küçə və məhəllələrində avtomobil yollarının əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsi elan edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadla xəbər verir.

Məlumata görə, müsabiqə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Satınalma şəhərin müxtəlif ərazilərində avtomobil yollarının əsaslı təmir işlərini əhatə edir.

Elektron satınalmalar portalında yerləşdirilən məlumata əsasən, layihənin ehtimal olunan dəyəri 13 milyon 510 min 573 manat təşkil edir.

Qeyd edək ki, layihənin həyata keçirilməsi Naxçıvan şəhərində yol infrastrukturunun daha da yaxşılaşdırılmasına, nəqliyyatın hərəkət rahatlığının artırılmasına və şəhər sakinlərinin gündəlik gediş-gəliş imkanlarının genişlənməsinə töhfə verəcək.