Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsi davam edir - FOTO
Naxçıvanda ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsi davam edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, test imtahanları 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunur.
Bu gün prosesin ikinci günündə təsviri incəsənət, musiqi, fiziki tərbiyə, texnologiya və tarix fənlərini tədris edən təhsilverənlər, həmçinin fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dillər üzrə müəllimlər iştirak edirlər.
Qeyd edək ki, sertifikatlaşdırma prosesində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən ümumilikdə 310 müəllimin iştirakı nəzərdə tutulur.
Sertifikatlaşdırmanın ilk günündə Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyat, rus dili, rus dili və ədəbiyyatı, fransız və alman dili müəllimləri iştirak edib və muxtar respublika üzrə 100 faiz iştirak qeydə alınıb.
Sertifikatlaşdırma prosesində iştirak edən bütün təhsilverənlərə uğurlar arzulayırıq!











