Ordubadda "Qərbi Azərbaycana qayıdış" III festival-konqresi davam edir
Bu gün Ordubad şəhərində “Qərbi Azərbaycana qayıdış” III festival-konqresi öz işini davam etdirir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində Qərbi Azərbaycanın tarixi, mədəni irsi və bu torpaqlara qayıdış ideyasının ictimai-siyasi və mənəvi aspektləri müzakirə olunur.
Festivalda çıxış edənlər rayonun zəngin keçmişi, qədim adət-ənənələri, milli yaddaşda qorunan mədəni dəyərlər və onların gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayırlar. Gənclərin bu istiqamətdə maarifləndirilməsi və milli-mənəvi irsə bağlılığın gücləndirilməsi əsas mövzulardan biri kimi diqqət çəkir.
Tədbir çərçivəsində həmçinin mədəni proqramlar, ənənəvi elementləri əks etdirən təqdimatlar və müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulur.
https://www.instagram.com/naxcivanxeberleri.az/reel/DZubuUboY1R/














