Naxçıvan idmançıları ölkə birinciliyində 27 medal qazanıblar -

Naxçıvan idmançıları ölkə birinciliyində 27 medal qazanıblar - FOTO

18 İyun 2026

Bakı şəhərində pankration və qrapplinq idman idman növləri üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi təşkil olunub. İki gün davam edən yarışda Naxçıvan Muxtar Respublikasını “Turan” Döyüş Klubu təmsil edib. Baş məşqçi Xəyal Abdullayevin rəhbərlik etdiyi heyətdə ümumilikdə 2 məşqçi və 21 idmançı olub.

Nazirliyin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi heyətin yarışda iştirakına dəstək göstərib. Nəticələrə gəlincə, gərgin və maraqlı mübarizə şəraitində keçən ölkə birinciliyində Naxçıvan təmsilçiləri ümumilikdə 27 medal qazanıblar. Medallardan 13-ü qızıl, 4-ü gümüş və 10-u isə bürünc əyarlı olub.

İdmançılardan Röya Abdullayeva və Nurəddin Əliyev hər iki idman növündə, Rəhim Quluzadə, Əli Qəribov, Ravil Alməmmədov, Əsgər Heydərov pankrationda, Salman Rzayev, Tunar Abdullayev, Mahir Səfərov, Əli Əbilov və Həmid Əkbərli qrapplinqdə birinci yerə sahib çıxaraq qızıl medal qazanıblar.

Qeyd edək ki, yarışda 1-ci və 2-ci yerin sahibi olan idmançılar bu il Bakıda keçiriləcək dünya çempionatında işitirak hüququ qazanıblar.