Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross üzrə birincilik keçirilib -

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross üzrə birincilik keçirilib - FOTO

18 İyun 2026

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross üzrə birincilik keçirilib. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Yarışın ilk günündə komandaların tərkibi yoxlanılıb, birinciliyin ardıcıllığını təmin etmək üçün püşkatma keçirilib. 

Birincilik uğrunda mübarizə aparan hərbi qulluqçular 11 komanda tərkibində atış, qumbaraatma və 3 kilometr məsafəyə kross qaçışı üzrə yarışlarda güclərini sınayıblar.

İdmançıların topladığı nəticələrə uyğun olaraq  fərdi və komanda hesabı uğrunda yerlər hakimlər tərəfindən müəyyən edilib. 

Sonda qalib komandalar və fərdi hesabda fərqlənənlər diplom, kubok və medallarla mükafatlandırılıb, xatirə fotosu çəkdirilib.