Naxçıvanı təmsil edən komanda intellekt liqasının mükafatçısı olub

Naxçıvanı təmsil edən komanda intellekt liqasının mükafatçısı olub

18 İyun 2026

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai Birliyi və “Consensus” İntellektual Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclər Paytaxtı” Goranboy rayonunda Regional İntellekt Liqasının final mərhələsi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yekun nəticələrə əsasən Mingəçeviri təmsil edən “Lego” komandası birinci, Naxçıvanın “Turangheta” komandası ikinci, Oğuzun “Rəvan Oğuz” komandası isə üçüncü yerə layiq görülüblər.

Layihənin əsas məqsədi gənclərin intellektual potensialının inkişafına dəstək olmaq, regionlarda intellektual oyunlara marağı artırmaq və gənclər arasında bilik mühitinin formalaşmasına töhfə verməkdir.

Qeyd edək ki, mart ayından start götürən liqa çərçivəsində ölkənin 10 regional mərkəzində təşkil olunan və 60-dan çox komandanın tərkibində 500-dən artıq gənci bir araya gətirən seçim turlarının ardından final mərhələsində regionların ən güclü 10 komandası “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə mübarizə aparıb.