Naxçıvanda sertifikatlaşdırmanın ilk günündə 100% iştirak qeydə alınıb
Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin ilk günündə 100 faiz iştirak qeydə alınıb
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin ilk gününün nəticələri açıqlanıb.
İmtahanda iştirak edən 27 təhsilverəndən 20-si 30–50 bal, 2-si isə 51–60 bal aralığında nəticə göstərib.
Sertifikatlaşdırma prosesinin test mərhələsinin ilk günündə imtahana cəlb olunan 27 müəllimin hamısı iştirak edib.








