Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar - FOTO
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının növbəti iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, onlara şəhərin inkişaf perspektivləri və nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Qeyd edək ki, Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində növbəti iclası keçirilib.










