Rəqəmsal texnologiya işçiləri üçün sosial sığorta qaydası dəyişir

Rəqəmsal texnologiya işçiləri üçün sosial sığorta qaydası dəyişir

17 İyun 2026

Rəqəmsal texnologiyalar sahələrində işləyən sığortaolunanların aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üzrə güzəştlər tətbiq ediləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu, Milli Məclisin İqtisadi sisyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində sahibkarlıq fəaliyyətini həyata keçirən sığortaedənlərdə (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:

Lakin kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları və innovasiyalar sahələrində yüksəkixtisaslı miqrantlar, habelə rəqəmsal səyyahlar üçün 2026-cı il iyulun 1-dən 5 il müddətinə məcburi dövlət sosial sığortasına cəlb olunmayacaq.