Şükürbəyli kəndində daha 45 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ailələrə mənzillərin açarları təqdim olunub.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.








