I sinfə qəbul olunan şagirdlərin sayı açıqlanıb

I sinfə qəbul olunan şagirdlərin sayı açıqlanıb

17 İyun 2026

Bu günə qədər birinci sinfə qəbul edilən uşaqların sayı açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir. Bu günə qədər 115 min nəfərdən çox yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.

Qeyd edək ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.