Şahbuzda kiberhücumlara qarşı tədbir keçirilib -

Şahbuzda kiberhücumlara qarşı tədbir keçirilib - FOTO

17 İyun 2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Şahbuz rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbiləri” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Şahbuz  rayon İcra Hakimiyyəti aparatının Hüquq və Kadr məsələləri sektorunun müdiri Sevindik Abdullayev giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Turqay Məhərrəmov və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin  əməkdaşı Ceyhun İbrahimov mövzu ilə bağlı çıxış edərək - Kiberhücumların, şəxslərə, bizneslərə və təşkilatlara böyük zərər verə biləcək ciddi təhdidlər olduğunu və bu hücumların həssas məlumatların oğurlanmasına, məlumatların məhv edilməsinə və ya sistemlərin pozulmasına səbəb olduğunu lakin, kiberhücumların növləri haqqında məlumatlı olmaq və qabaqlayıcı tədbirlər görmək bu təhdidlərin qarşısını almağa və kiber təhlükəsizliyi gücləndirməyə köməklik edə biləcəyini bildirmişlər.Həmçinin, mövzu ilə bağlı Baş Prokurorluq tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.