İttiham aktı ilə daxil olmuş cinayət işi üzrə prokurorun səlahiyyətləri nələrdir? HÜQUQ MƏSLƏHƏTİ
Sual: İttiham aktı ilə daxil olmuş cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror hansı hərəkətləri yerinə yetirmək hüququna malikdir?
Cavab: Cinayət-Prosessual Məcəlləsinə əsasən, prokuror müstəntiq tərəfindən seçilmiş qətimkan tədbirini ləğv və ya dəyişdirə, zərurət olduqda qətimkan tədbiri seçə və ya həbs qətimkan tədbirinin tətbiqi üçün məhkəməyə müraciət edə bilər. Həmçinin qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda, təqsirləndirilən şəxsin həbsdə və ya ev dustaqlığında saxlanılması müddətinin uzadılması üçün məhkəməyə və ya yuxarı prokurora təqdimat verə bilər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








