Naxçıvanda dövlət qulluqçuları arasında şahmat turniri keçirilib -

Naxçıvanda dövlət qulluqçuları arasında şahmat turniri keçirilib - FOTO

23 İyun 2026

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları  arasında 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə şahmat turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şahmat Mərkəzində təşkil olunan yarışda 55 iştirakçı mükafatlar uğrunda mübarizə aparıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. Nəticələrə əsasən Müslüm Abbasov 8 xalla kişilər arasında birinci, eyni zamanda turnirin qalibi olub. Eyni xala malik Əli Cəfərli əmsal göstəricilərinə görə ikinci yerə layiq görülüb. Elxan Sultanov isə 7 xalla üçüncü pillədə qərarlaşıb. Qadınların mübarizəsində Fizzə İsmayılova 7,5 xalla birinci yerə sahib çıxıb. Fidan Quluzadə 5 xalla ikinci, Yeganə Tağızadə isə eyni xalla üçüncü yeri tutub.

Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov çıxış edərək iştirakçıları təbrik edib, bu cür yarışların dövlət qulluqçularının intellektual inkişafı, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra mükafatlandırma olub. Nazir müavini ilk üç yerin sahiblərini diplom, medal və hədiyyələrlə təltif olunub. Həmçinin ilk beşliyə daxil olan digər iştirakçılara fəxri fərmanlar təqdim edilib.