Əmək vəzifələrinin kobud pozulması hansı hallarda sayılır? -

Əmək vəzifələrinin kobud pozulması hansı hallarda sayılır? - HÜQUQ MƏSLƏHƏTİ

22 İyun 2026

Sual: Hansı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, üzürsüz səbəbdən işə gəlməmək, sərxoş vəziyyətdə işə gəlmək və ya iş yerində spirtli içki və digər zərərli maddələr qəbul etmək, işəgötürənə maddi ziyan vurmaq, əməyin mühafizəsi qaydalarını pozaraq digər şəxslərə xəsarət yetirmək, dövlət və ya kommersiya sirrini yaymaq, müəssisənin qanuni mənafeyinə ciddi zərər vurmaq, intizam tənbehindən nəticə çıxarmayaraq təkrar pozuntuya yol vermək, iş yerində inzibati xəta və ya cinayət xarakterli əməl törətmək, həmçinin konfidensial fərdi məlumatları yaymaq əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov