Silahlı Qüvvələr günü Laçında hərbçilər yürüş ediblər

Silahlı Qüvvələr günü Laçında hərbçilər yürüş ediblər

26 İyun 2026

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Laçın şəhərində hərbçilərin yürüşü keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hərbi yürüş Laçın şəhər mərkəzində yerləşən Bayraq meydanından başlayıb. Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş edib. Vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyiblər.