Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olunub - FOTO
26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Naxçıvan, Sumqayıt, Gəncə, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi orkestrlərin ifasında yürüşlər zamanı səsləndirilən hərbi vətənpərvərlik mahnıları və marşlar vətəndaşlar tərəfindən alqışlarla və rəğbətlə qarşılanıb.















