Attestasiya zamanı işçi hansı meyarlara görə qiymətləndirilə bilməz? -

Attestasiya zamanı işçi hansı meyarlara görə qiymətləndirilə bilməz? - HÜQUQ MƏSLƏHƏTİ

26 İyun 2026

Sual: Attestasiya zamanı işçinin hansı xüsusiyyətlərinə görə qiymətləndirilməsi qadağandır?

Cavab: Attestasiya zamanı işçinin siyasi baxışlarına, dini etiqadına, mənəvi və əxlaqi keyfiyyətlərinə, şəxsiyyətinə və digər şəxsi xüsusiyyətlərinə görə qiymətləndirilməsi qadağandır.

Eyni zamanda, işçinin intizamlılıq səviyyəsinə əsaslanaraq onun peşəkarlığının müəyyən edilməsi də yolverilməz hesab olunur. Attestasiya yalnız işçinin peşə fəaliyyəti, bilik və bacarıqları əsasında aparılmalıdır.

Sualı cavablandırdı: Ordubad Rayon Prokurorluğunun prokuror köməkçisi vəzifəsi üzrə stajoru - Ülvi Hüseynov