Təqsirləndirilən şəxsə ittiham nə vaxt elan edilməlidir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Müstəntiq tərəfindən şəxs təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra ona hansı müddətə İttihamı elan edilməlidir?
Cavab: Müstəntiq tərəfindən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın çıxarıldığı andan 48 saatdan gec olmayaraq və hər bir halda təqsirləndirilən şəxsin gəldiyi, yaxud tutulduğu və məcburi gətirildiyi gündən gec olmayaraq ona ittiham elan edilməlidir.
Təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra müstəntiq ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. Bu hərəkətlərin yerinə yetirilməsi, ittihamın elan edildiyi saat və tarix, təqsirləndirilən şəxsin və müstəntiqin imzaları ilə qərarda təsdiq edilir. Hər hansı şəxsə ittihamın elan edilməsində təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








