Qəzənfər Abdullayev Bənəniyar kənd sakinləri ilə görüşüb -

Qəzənfər Abdullayev Bənəniyar kənd sakinləri ilə görüşüb - FOTO

02 İyul 2026

İyulun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayonunun Bənəniyar kəndində sakinlərlə görüş keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə kəndin sosial-iqtisadi vəziyyəti, sakinləri narahat edən məsələlər və onların təklifləri müzakirə olunub. Deputat vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin aidiyyəti üzrə çatdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Sonda sakinlər göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər.