Peşəkarlıq eyni olduqda üstünlük kimlərə verilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Peşəkarlıq səviyyələri eyni olduqda kimlərin işdə saxlanmasına üstünlük verilir?
Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvləri, müharibə iştirakçıları, əsgər və zabitlərin arvadı (əri), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlar və məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərin işdə saxlanmasına üstünlük verməlidir.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov








