Naxçıvanda süni mayalanma yolu ilə alınan buzovlara subsidiya ödənişləri davam etdirilir

Naxçıvanda süni mayalanma yolu ilə alınan buzovlara subsidiya ödənişləri davam etdirilir

02 İyul 2026

Naxçıvan Muxtar Respublikasında süni mayalanma yolu ilə doğulan buzovlara görə dövlət subsidiyalarının ödənilməsi davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2026-cı ilin yanvar–may aylarında muxtar respublika üzrə 3445 təsərrüfatçının süni mayalanma nəticəsində doğulmuş 4137 baş buzovuna görə ümumilikdə 413 min 700 manat subsidiya ödənilib. Təkcə may ayında isə 696 təsərrüfatçıya məxsus 833 baş buzova görə 83 min 300 manat dövlət vəsaiti ayrılıb.

Qeyd edək ki, dövlət dəstəyi çərçivəsində süni mayalanma yolu ilə doğulan hər baş buzova görə heyvan sahibinə 100 manat subsidiya verilir.

Süni mayalanmanın tətbiqi iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığın artırılmasına, damazlıq işinin təkmilləşdirilməsinə və heyvandarlıq məhsullarının keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Bu istiqamətdə göstərilən dövlət dəstəyi fermerlərin heyvandarlığa marağının artmasına və təsərrüfatların iqtisadi səmərəliliyinin yüksəldilməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən süni mayalanmanın tətbiqinin genişləndirilməsi və subsidiyaların vaxtında ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.