Naxçıvanda  şəhid ailələri evlərində tibbi müayinədən keçirilib -

Naxçıvanda şəhid ailələri evlərində tibbi müayinədən keçirilib - FOTO

07 İyul 2026

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayonunda keçirilən tibbi müayinə aksiyası çərçivəsində şəhid ailələrinin sağlamlıq vəziyyətinə xüsusi diqqət göstərilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir k, aksiya zamanı sağlamlıq vəziyyətinə görə tibb müəssisəsinə müraciət etmək imkanı olmayan şəhid ailələrinin yaşadıqları ünvanlara həkim briqadaları səfər edib. Ev şəraitində aparılan tibbi müayinələr zamanı vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, onlara zəruri tibbi məsləhətlər verilib.

Qeyd edək ki, keçirilən tibbi müayinə aksiyasının əsas məqsədi həssas əhali qruplarının sağlamlıq xidmətlərinə əlçatanlığını artırmaq və onların tibbi nəzarətdə saxlanılmasını təmin etməkdir.